Suraxanı Tibb Mərkəzinə yeni direktor təyin edilib.

“Korrupsiya.az”ın əldə etdiyi məlumata görə, bununla bağlı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, Aybəniz Sanıyeva Suraxanı Tibb Mərkəzinin direktoru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Suraxanı Tibb Mərkəzinin sabiq direktoru Azər Məmmədov fevral ayının 12-də dünyasını dəyişib.

Paylaş