“Baş nazir tapşırıq verib, dərman vasitələri ilə bağlı müvafiq qurumlar tərəfindən layihə hazırlanır”.

“Korrupsiya.az” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

O qeyd edib ki, bütün işlər ona yönəlib ki, dərman vasitələrinin ölkəyə gətirilməsi sadələşdirilsin, bürokratik əngəllər aradan götürülsün. “Şübhəsiz ki, bundan sonra dərman qiymətlərinin aşağı düşməsini görmək olar”.

Paylaş