“Bir dəfə Türkiyədə Çingiz Aytmatova həsr edilmiş məclisdə niyə Aytmatovun Nobel mükafatı almaması müzakirə olundu. Mən dedim ki, bu mükafatın fondu əslində qədim Bakı pullarının əsasında qurulub”.
“Korrupsiya.az” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.
“Çingiz məni çağırıb dedi ki, Nobel mükafatı məsələsində məni allatdılar və mənə Nobel mükfatına alternativ bir mükafat yaratmağın mümkünlüyü barədə ideya verdi. Aytmatov bildirdi ki, dünya tarixində incəsənətə, ədəbiyyata, sənətkara qiymət baxımından Heydər Əliyev ilə müqayisə olunacaq adam azdır, bəlkə də yoxdur. O qeyd etdi ki, Azərbaycan Nobel mükafatına alternativ mükafat təsis etsin və mükafatın adını “Heydər Əliyev beynəlxalq mükafatı” qoysun. Bundan sonra düşündüm ki, mükafatın məbləğini Nobel mükafatından artıq qoysaq, Nobel üçün sıraya düzülənlər Bakıya sıraya düzüləcək və ədəbiyyata, sənətə qiymət vermək imtiyazı Azərbaycanın əlinə keçəcək. Bu fikri indi burada səsləndirməyi özümə borc bilirəm. Hesab edirəm ki, bu fikirlər Prezident İlham Əliyevə çatar və ola bilsin bu mükafatın yaradılması barəsində düşünər”, – deyə deputat bildirib.