Korrupsiya.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi “MƏDİNƏ” Humanitar Yardım Təşkilatı ictimai birliyi, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası, “FENCİNG” İdman Klubu və “DİFAİ” Futbol Klubunun təşkilatçılığı ilə “Müharibə iştirakçılarının cəmiyyətə inteqrasiyası və sosial vəziyyətinin yaxşılaşdırılması” layihəsi çərçivəsində 16 aprel tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Ulu Öndər Kuboku yarışının ikinci oyunu Xaçmaz rayonu Nərəcan kənd stadionunda, müharibə iştirakçıları və qazilərinin cəlb olunması, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Dövlət Agentliyinin dəstəyi ilə yaradılmış yeni DİFAİ (Xaçmaz) – DİFAİ (Quba) komandaları arasında keçirildi. Tədbirdə “MƏDİNƏ” Humanitar Yardım Təşkilatı ictimai birliyi, DİFAİ Futbol Klubu, Xaçmaz və Quba Rayon icra hakimiyyəti, Xaçmaz və Quba Gənclər və İdman idarəsi, Xaçmaz rayonunun bələdiyyə, mətbuat nümayəndələri, müharibə iştirakçıları, qazilər, şəhid ailələri və azarkeşlər iştirak edib. Tədbir şəhidlərimizin ruhunun bir dəqiqəlik sükut ilə yad edilməsi və Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlanıb. Çıxış edənlər cənab Prezident, Ali Baş Komandanın rəhbərliyi altında Vətən Müharibəsində qazanılmış tarixi qələbədən danışmış, başda cənab Prezident İlham Əliyevə, Prezident Administrasiyasına, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə müharibə iştirakçıları və qazilərə göstərdikləri diqqət üçün təşəkkürlər bildiriblər. Müharibə qəhrəmanları gənclərimizin sağlam həyatın təbliği və idman arenasında göstərəcəkləri uğurların önəmini vurğuladılar. Oyun 0:2 hesabı ilə qonaqların qələbəsi ilə başa çatdı.
Ana Səhifə Bölgə “MƏDİNƏ” Humanitar Yardım Təşkilatı ictimai birliyi Ulu Öndər Kuboku yarışının ikinci oyununu...