Rusiyanın silahlı hücumu nəticəsində Ukraynada 483 uşaq həlak olub.
“Korrupsiya az” xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu teleqram kanalında məlumat verib.
“26 may 2023-cü il səhər saatlarına olan məlumata görə, Ukraynada Rusiya Federasiyasının genişmiqyaslı silahlı hücumu nəticəsində 1467-dən çox uşaq xəsarət alıb. 483 uşaq ölüb, 984-dən çox uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıblar”, – məlumatda deyilir.