Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın adına xeyriyyə fondu yaradılır.

“Korrupsiya az” xəbərt verir ki, fondun yaradılmasında Ərdoğanın 3 ailə üzvü – Bilal Ərdoğan, Esra Albayrak, Sümeyye Erdoğan Bayraktar və digər beş nəfər təşəbbüs göstərib.

Fondun yaradılması ilə bağlı elan “Resmi Gazete”nin bugünkü sayında dərc olunub. Fondun aktivləri 120.000 TL olaraq təyin edilib.

Bundan əlavə, İstanbulda “Rəcəb Tayyib Ərdoğan Muzeyi”nin yaradılması planlaşdırılır. Burada ona aid əşyalar və vəzifəsi əsnasında Irdoğana verilən hədiyyələr sərgilənəcək.

“Rəcəb Tayyib Ərdoğan Kitabxanası”nın da qurulması hədəflənir.

Paylaş