Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod vilayətinin bir neçə yaşayış məntəqəsini atəşə tutub.
“Korrupsiya az” xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov öz teleqram kanalında yazıb.
Qubernator bildirib ki, Şebekinski rayonunn atəşə tutulması zamanı mərmi parçaları yoldan keçən avtomobillərə düşüb. Onlardan birində iki qadın olub, onlar yerindəcə dünyasını dəyişib. Digər avtomobildə isə iki nəfər qəlpə yaraları alıb, onlar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.
O, həmçinin bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin artilleriyası vilayətin Volokonovski rayonunun Tişanka kəndinə 11 mərmi atıb, xəsarət alan olmayıb, iki təsərrüfatda, qaz kəmərində və elektrik xətlərində dağıntılar olub. Lazımi xidmətlər yerindədir.