Trabzonun Arsin mahalında 188 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
“Korrupsiya az” xəbər verir ki, kütləvi zəhərlənmə Quran Kursunda keçirilən məzuniyyət mərasimində qeydə alınıb.
Belə ki, mərasimdə verilən yeməkləri yeyənlərin bir müddət sonra ürəkbulanma, qusma kimi şikayətlərlə səhiyyə müəssisələrinə müraciət etdikləri bildirilib. 7 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb