Ukrayna Prezidenti Volodimir Zelenski Donald Tramp və amerikal siyasətçi Ron DeSantisi Ukraynaya dəvət edib.
“Korrupsiya az” xəbər verir ki, o bu barədə Amerikanın NBC telekanalına müsahibəsində bildirib.
Həmçinin, Ukrayna prezidenti qeyd edib ki, Rusiya Ukrayna üzərində qələbə qazanarsa, NATO müttəfiqi olan qonşu ölkəyə keçə bilər ki, bu da genişmiqyaslı dünya müharibəsi riskini artırır.
“Onlar müharibəyə başlamağa, öz övladlarını göndərməyə hazırdırlar? Onlar ölməyə hazırdırlarmı? Əgər Rusiya Ukraynanı işğal edə bilsə, Baltikyanı ölkələrə, Polşaya, istənilən NATO ölkəsinə keçəcək və bu halda ABŞ-ın döyüşmək və NATO-nu parçalamaq arasında seçimi olacaq”, – deyə Zelensk bildirib.