100 min manatdan çox olan tenderlər yeni metodla keçiriləcək

Satınalan təşkilat satınalmaları açıq tender, ikimərhələli tender, qapalı tender, kotirovka sorğusu və bir mənbədən satınalma metodlarını tətbiq etməklə bu Qanunla müəyyən edilən qaydada həyata keçirir.

“Korrupsiya az” xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsində əksini tapıb.

belə ki, yalnız nəzarət orqanının razılığı ilə tətbiq edilən satınalma metodları nəzərə alınmaqla, ehtimal olunan qiymət 100 000 manat və ondan çox olduqda, satınalmalar açıq tender və ya ikimərhələli tender metodları tətbiq edilməklə keçirilir.

Ehtimal olunan qiymət 100 000 manatdan az olduqda, satınalmalar kotirovka sorğusu metodu tətbiq edilməklə keçirilə bilər.

Ehtimal olunan qiymətdən asılı olmayaraq, aşağıdakı satınalma metodları yalnız nəzarət orqanının razılığı ilə tətbiq edilə bilər:

– qapalı tender metodu;

– bir mənbədən satınalma metodu;

– çərçivə sazişinin bağlanması ilə nəticələnən açıq tender və ya kotirovka sorğusu metodları.

Nəzarət orqanı yuxarıda qeyd olunan razılığın verilməsi ilə bağlı müraciətlərə 20 (iyirmi) iş günü ərzində baxır.

Paylaş