Gürcüstanın keçmiş baş naziri Giorgi Qaxaria ölkə hakimiyyətini Rusiya ilə sərhədləri bağlamağa çağırıb.

“Korrupsiya az” xəbər verir ki, o, müraciətini “Twitter” səhifəsində yazıb.

“Gürcüstan hökumətini Rusiya ilə sərhədlərimizi bağlamağa çağırıram. Təhlükə gözlənilməzdir. Yuxarı Larsdakı keçid məntəqəsi eskalasiya zonasına ən yaxındır. Dərhal hərəkətə keçmək sülhün qorunması üçün əsas şərtdir”,- deyə o yazıb.

Onun sözlərinə görə, Rusiyada baş verən hadisələrə görə Gürcüstan hökuməti dərhal Milli Təhlükəsizlik Şurasının iclasını çağırmalıdır.

Paylaş