“Vaqner” PMC Rusiyanın hərbiləşdirilmiş təşkilatıdır. Federasiyanın muzdluları kimi tanınan “Vaqner” qrupu Vladimir Putinin şəxsi ordusu kimi də təyin etmək olar.

“Korrupsiya az” “Vaqner Qrupu” haqqında məlumatı təqdim edir:

Belə ki, hərbiləşdirilmiş ordu kimi müəyyən edilən bu qrup Rusiya ordusunun rəsmi fəaliyyət göstərə bilmədiyi ərazilərdə fəaliyyət göstərir.

Əksər mənbələrdə 2014-cü ildə qurulduğu elan edilən “Vaqner” qrupu Ukraynada gedən müharibə zamanı reputasiyasını bütün dünyaya tanıdıb. Bundan əlavə, “Vaqner” qrupu Suriya, Liviya və Mərkəzi Afrika Respublikasındakı müharibələrdə Rusiya hökumətinin tərəfində olub.

Qrupunun özü ideoloji yönümlü olmasa da, “Vaqner”in müxtəlif elementləri neonasistlər və ifrat sağçı ekstremistlərlə əlaqələndirilib. “Vaqner” PMC-nin lideri Putinlə yaxın əlaqələri olan iş adamı Yevgeni Priqojindir.

2022-ci ilin dekabrında Pentaqonun nümayəndəsi Con Kirbi “Vaqner” qrupunun 50.000 döyüşçüsü, o cümlədən 10.000 podratçı və 40.000 məhkumdan ibarət ordusu var. Və 9 ölkədə fəaliyyət göstərir.

Paylaş