Korrupsiya.az “Patrul.az”-a istinadən xəbər verir ki, bu gun Apelyasiya məhkəməsində Hakim Fərid Eyyubovun sədirliyi ilə keçirilən iclasda ötən ilin avqustunda Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olmuş Zaur Mirzəyev tərəfindən çəkilmiş məlum videolarla bağlı zərərçəkmiş xanımlardan birinin Apelyasiya şikayətinə baxılmışdır. Belə ki, zərərçəkmiş xanım Ağır Cinayətlər Məhkəməsinin Hakimi Məhəmməd Ələkbərovun verdiyi hökmün qanunsuz və ədalətsizliyindən şikayət edib bildirib ki, Zaur Mirzəyevə qanunla müəyyən edilmiş hər üç maddə ilə Azərbaycan Respublikası Cinayət Məcələsinin 156.2.1, 309.2 və 312.1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlləri sübuta yetirilsədə Dövlət ittihamçısı 6 il 6 ay cəza təyin etməsinə baxmayaraq heç bir yüngülləşdirici hal olmadığı halda ən aşağı həddə 3 il 6 ay cəza vermişdir.Digər tərəfdən isə maddi-mənəvi zərərlə bağlı xanımın iddiası çox absurd formada maddi təzminat təmin edilməmiş, mənəvi təzminat təmin edilmişdir. Belə ki, cəmi 4000 manat mənəvi zərər tutulmuşdur. Belə ki bir xanımın şəxsi həyatının sirrinin pozulması işindən, ailəsindən məhrum olması, qohum-əqrəba ilə ünsiyyətinin kəsilməsi, heç bir yerdə işə düzələ bilməməsinin, cəmiyyət arasında qınaq obyektinə çevrilməsi və ümumiyyətlə həyatının məhv olmasının dəyəri bu qədər alçaldıcı şəkildə qiymətləndirilməsi məhkəmə tərəfindən xanımın bir daha zərər çəkməsinə, stress yaşamasına səbəb olmuşdur. Ümid edilir ki, Appelyasiya Məhkəməsi daha humanist və qanunamüvafiq qərar qəbul edəcəkdir.
Patrul.az