ABŞ-ın Florida ştatında 16 yaşlı qız anası ilə mübahisə etdikdən sonra hoteli yandırıb.

“Korrupsiya.az” xəbər verir ki, mübahisədən sonra anasına əsəbiləşən İzabella 9 mərtəbəli hoteli yandırmaq qərarına gəlib.

Yanğını görən hotel işçiləri qısa zamanda polisə və aidiyyatı qurumlara məlumat veriblər. Yanğın söndürülüb. 16 yaşlı İzabella isə polis tərəfindən saxlanılıb.Hotelə dəyən zərərin 200 min dollardan çox olduğu bildirilib.

Paylaş