Rusiya Müdafiə Nazirliyi Moskva vilayətində dronlarla obyektlərə hücum cəhdinin qarşısının alındığını və iki pilotsuz təyyarəsinin məhv edildiyini açıqlayıb.

“Korrupsiya.az” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, “Kiyev rejiminin Moskva vilayətinin ərazisi üzərində pilotsuz uçuş aparatları ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Rusiya hava hücumundan müdafiə sistemləri düşmənin iki pilotsuz təyyarəsini məhv edib”.

Rusiya Federasiyasının Müdafiə Nazirliyi, qarşısı alınan pilotsuz təyyarənin hücumu nəticəsində itki və dağıntı olmadığını bildirib.

Paylaş