İtaliyada sərxoş vəziyyətdə avtomobil idarə etmənin qarşısını almaq və ölkə daxilində ölümlə nəticələnən yol qəzalarını azaltmaq üçün pulsuz taksi xidməti layihəsi sınaqdan keçirilməyə başlanıb.

“Korrupsiya.az” xəbər verir ki, İtaliyada sərxoş vəziyyətdə avtomobil idarə etmənin qarşısını almaq üçün pulsuz taksi xidməti layihəsinə start verilib.

İtaliyanın 6 bölgəsində başlayan və hələ sınaq mərhələsində olan layihə çərçivəsində spirtli içki aludəçilərinə sərxoş vəziyyətdə avtomobil idarə etmənin qarşısını almaq üçün pulsuz taksi xidməti təklif edilir.

Layihədə, xüsusilə gecə klublarından çıxan şəxslərə tətbiq edilən spirt testində spirt səviyyəsinin qanuni həddi keçdiyi müəyyən olunarsa, taksi çağırılaraq təhlükəsiz şəkildə evlərinə aparılmaları istənilir.

İtaliyanın baş nazirinin müavini, nəqliyyat və infrastruktur naziri Matteo Salvini tərəfindən dəstəklənən layihənin sınaqları sentyabrın ortalarına qədər davam edəcək.

Digər tərəfdən, müxalifət sözügedən layihənin “gəncləri həddindən artıq spirt istehlakına sövq etdiyini” iddia edib, bəzi vətəndaşlar isə pulsuz xidmətin vergilərlə əhatə olunacağını bildirərək buna etiraz ediblər.

Avropa Nəqliyyat Təhlükəsizliyi Şurasının məlumatlarına görə, 2019-cu ildə İtaliyada polisə bildirilən təxminən 59,000 yol qəzasının təxminən 8,7 faizində ən azı bir sərxoş sürücü iştirak edib.

Paylaş