Türkiyənin Batman şəhərinin Beşiri rayonunda iki ailə arasında dava baş verib.

“korrupsiya” Türkiyə mediasına istinadən xəbər verir ki, nəticədə 41 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Yaralılardan birinin vəziyyəti ağırdır.

Davaya kafedə iki gəncin mübahisə etməsi səbəb olub. Daha sonra işə ailələr də qarışıb. Davada daş, sopa və bıçaqdan istifadə olunub. Polis araşdırma aparır.

Paylaş