Türkiyənin Konya şəhərində 14 yaşlı qız babasını bıçaqlayıb.
“korrupsiya.az” Türkiyə mediasına istinadən xəbər verir ki, polis tərəfindən saxlanılan H.A. qəribə davranışları ilə diqqət çəkib. Jurnalistlərdən birinin “Niyə bıçaqladın” sualına yeniyetmə boks hərəkətləri ilə cavab verib. Qeyd edək ki, 8 ildir boksla məşğul olan H.A. anası tərəfindən babasının evinə qonaq göndərilib. H.A. 66 yaşlı babası İdris A.nı naməlum səbəbdən bıçaqlayıb. Qız ilkin dindirilmə zamanı babasını bıçaqlamasından xəbəri olmadığını deyib.