İranın Semnan vilayətində mədəndə baş verən partlayış nəticəsində altı şaxtaçı ölüb.
Məlumatı Semnan vilayətinin qubernatoru Seyid Məhəmməd Rza Haşimi də təsdiq edib.
O qeyd edib ki, Əlborz kömür mədənində dağıntılar altında qalan altı fəhlənin meyiti tuneldən çıxarılıb.
Məlumatda həmçinin qeyd olunub ki, qəza 700 metrlik dərinliyi olan mədənin 400 metrliyində baş verib.
Mənbə: Tasnim