Abşeronda məcburi köçkün şəhərciyində iki nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Abşeron rayon, Masazır qəsəbəsində yerləşən Zəngilan məcburi köçkünlər şəhərciyində qeydə alınıb.

Fərid Allahverdi münaqişə zəminində 2000-ci il təvəllüdlü Rzaqulu Allahquluyev və 2002-ci il təvəllüdlü Zamin Əsgərzadəni bıçaqlayaraq xəsarətlər yetirib.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Paylaş