Bakı Ağır Cinayətlər Məhkəməsində avtomobillə piyadanı vuraraq öldürməkdə təqsirləndirilən Əli Əkbərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 29 yanvar 2023-cü il tarixdə, saat 22 radələrində paytaxt ərazisində yerləşən “Lal və Karlar” yataqxanasının qarşısında qeydə alınıb. Belə ki, 1997-ci il təvəllüdlü Əli Əkbərov sərxoş halda idarə etdiyi, tanışına məxsus “Mercedes-Benz” markalı minik avtomobili ilə hərəkətdə olan zaman piyada, zərərçəkmiş Mələk Qafarovanı (şərti) vurub. Zərərçəkmiş qadın 19 fevral 2023-cü il tarixdə, saat 00:00-da müalicə olunduğu 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölüb. Hadisədən sonra Əli Əkbərov ərazidən qaçıb. Daha sonra o, polis əməkdaşları tərəfindən saxlanılıb.

Paylaş