Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, olay Hövsan qəsəbəsində yaşanıb.

Belə ki, 2002-ci il təvəllüdlü Mirzə Çingiz oğlu Əliyev sevdiyi qıza görə tanımadığı şəxslə mübahisə edib.

Mübahisə zamanı o bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşları araşdırırlar.

Paylaş