Biləsuvar rayonunda 5 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“korrupsiya.az” xəbər verir ki, 2018-ci il təvəllüdlü T.Bayramlı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş