HƏMAS yaraqlılarının qəfil hücumu nəticəsində İsrail tərəfində həlak olanların sayı azı 1 200 nəfərdir.

Bu barədə İsrail mətbuatı xəbər verib.

Məlumatda qeyd olunub ki, ölənlər arasında İsrail, ABŞ, Ukrayna, Rusiya, Tailand, Nepal və Fransa vətəndaşları var.

Son məlumata əsasən, yaralıların sayı 3 min nəfər təşkil edir.

Müharibənin ilk dörd günü ərzində terrorçular İsrail ərazisinə minlərlə raket atıblar.

Əsasən İsrailin cənub və mərkəzi rayonları atəşə tutulub. Raket hücumları davam edir.

Paylaş