Bizim Prezidentimiz, Ali Baş Komandan Xankəndiyə bayraq sancdı. Və Xankəndidə neçə ildir bizə “Gələrik, Bakını alarıq” deyənlərin qollarını bağlayıb, Azərbaycana gətirdi. Mən ona görə Prezident İlham Əliyevə təşəkkür edirəm”.

Korrupsiya.az xəbər verir ki, bu sözləri şəhid general Polad Həşimovun anası Səmayə Həşimova “Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində keçirilən Zəfər günü tədbirində deyib.

Öncə səhnəyə çıxan Birinci Qarabağ müharibəsi şəhidi Cavanşir Rəhimovun anası Leyla Rəhimova övladının və 31 il əvvəlki şəhidlərin qisasını alan Vətən müharibəsi şəhidlərinin analarına təşəkkür edib, onlara kövrək duyğularını çatdırıb. L.Rəhimova general Polad Həşimovun anası Səmayə xanıma da general oğlunun şücaətindən dolayı razılığını bildirib, ona ən səmimi və xoş hisslərini ifadə edib. Bu mənzərə tədbir iştirakçılarını çox duyğulandırıb.

Leyla Rəhimovanın Prezidentimizlə bağlı xoş sözləri tədbirə dəvət olunmuş 700-ə yaxın şəhid anası tərəfindən ayaqda alqışlanıb. Daha sonra Səmayə Həşimova şəhid anaları adından cənab Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

 

Paylaş