“Çörək Nəqliyyat” ASC ləğv olunur.
Bu barədə səhmdarlarının 2024-cü il yanvarın 30-da keçiriləcək növbədənkənar ümumi yığıncağında müzakirələr aparılacaq
Yığıncağın gündəliyinə həmçinin cəmiyyətin ləğvetmə komissiyasının (təsviyəçinin) təyin edilməsi, səhmlərinin ləğv edilərək dövriyyədən çıxarılması və bununla əlaqədar bütün digər məsələlərin həlli barədə qərar qəbul edilməsi məsələləri daxildir.
Qeyd edək ki, “Çörək Nəqliyyat” ASC 16.08.1999 tarixində dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Yusifov Adil Sabir oğludur.