“Boradigah çay-2” ASC ləğv olunur.

Bu barədə məsələ şirkətin 2024-cü il fevralın 28-də baş tutacaq səhmdarlarının ümumi yığıncağında müzakirə ediləcək.

Yığıncaqda cəmiyyətin ləğv olunması ilə bərabər, ləğvetmə komissiyasının (təsviyyəçinin) təyin edilməsi və ona müvafiq səlahiyyətlərin verilməsi, “Boradigah çay-2” ASC-nin səhmlərinin (qiymətli kağızların) dövriyyədən çıxarılması və ləğv edilməsi məsələləri daxildir.

Qeyd edək ki, “Boradigah çay-2” ASC 25.05.2001 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Həmidov Emin Nayıb oğludur. Şirkət Masallı rayonu, Boradigah ştq, Təbriz küçəsi, ev 16 ünvanında qeydiyyatdadır və nizamnamə kapitalı 698,796 min manatdır.

Paylaş