“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “ASCO Logistics” və “ASCO Mühafizə” MMC-lər fəaliyyətinə xitam verərək “ASCO Nəqliyyat” MMC-yə qoşulduqlarını elan edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinin məlumatında deyilir.

Qeyd olunur ki, son nəticədə “ASCO Nəqliyyat” yenidən təşkil edilib, ləğv olunmuş şirkətlərin hüquq və vəzifələri ona keçib.
Bundan başqa, ASCO-ya məxsus Xəzər Dəniz Nəqliyyatı Layihə-Axtarış və Elmi-Tədqiqat İnstitutu adını və təşkilati-hüquqi formasını dəyişərək “ASCO Mühəndislik” MMC-yə çevrildiyini elan edib.

Paylaş