Korrupsiya.az Gundelik-baku.com-istinadən məlumat verir.

Atamdan dünən saat 1 radələrindən məlumat ala bilmirik.24 saatın tamam  olmasına yaxınlaşmasına baxmayaraq ailə üzvlərinə hələ də məlumat vermillər.Özünün də bizimlə əlaqə yaratmağına imkan vermillər.
Atamın saxlanılmasına heç bir əsas yoxdur.Habil Vəliyev seçki məntəqəsinin sədridir.Seçki ilə məşğul idi.Hər gün mütamadi olaraq məntəqəyə işə gedib gəlirdi.
Habil Vəliyev YAP-ın ilk üzvlərindəndir.Hər zaman YAP-ın və İlham Əliyevin siyasi fəaliyyətini dəstəkləyib.Bir sözlə iqtidardı.Hal-hazırda seçki ərəfəsindəyik.Dövlətə və dövlətçiliyə sədaqətli olan məntəqə sədrini saxlamaq nə qədər düzgündür ?
Atamın saxlanılmağı qərəzlidir.Görünür Cənab Nazirə məlumatlar çatdırılmayıb.
Ölkəmizin Prezidenti Ali Baş Komandan İlham Əliyevə,Vitse-prezident Mehriban xanım Əliyevaya və Daxili İşlər naziri Vilayət Eyvazova bununla bağlı müraciətlərimiz hazırlanır.
Sonda bir daha Cənab Nazir Vilayət Eyvazova üzümü tutub deyirəm ki,Cənab Nazir sizə məlumatları düzgün çatdırmıllar.Atam Habil Vəliyev sizin fəaliyyətinizi dəsdəkləyib,hər zaman sizə böyük hörməti olub və yazılarında da bu öz əksini tapır.
Vəlizadə Allahverdi Habil oğlu
Paylaş