Fevralın 21-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Texnika Bank” ASC-nin daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.
bu barədə Bankın ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.
Beləliklə, hərraca çıxarılacaq əmlakların ümumi dəyəri 5,33 milyon manat təşkil edir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli qərarı ilə “Texnikabank” ASC-nin bank fəaliyyətinə verilən lisenziyası ləğv edilib.