“Qusarda irigövdəli, çoxillik ağacların olduğu meşə ərazisində ağaclar kəsilir.  Kəsilən ağacların yerində tikinti aparılacağı güman edilir.  Kəsilən ağacların yerində evlər, kafe, restoranlar tikilir. Qusar İcra Hakimiyyəti isə hadisənin araşdırılacağını deyir. Meşələrin, yaşıllıq zonalarğı məhv edilir, amma baxan yoxdur” deyən rayon sakininin iddiası əməkdaşlarımız tərəfindən də araşdırılıb.

İddia olunan məlum hadisə ilə bağlı bölgədə olan Ekologiya.az-ın əməkdaşı Qusar İcra Hakimiyyətindən açıqlama alıb.

İcra haimiyyətindən bildirilib ki, “iddia olunan ərazi meşə fonduna aid deyil, xüsusi mülkiyyətdir. Nazirlər kabinetinin sərəncamı ilə bələdiyyə tərəfindən xüsusi mülkiyyət kimi  Qusar rayonunda qeydiyyatda olan bir neçə sakinə, yəni qazi və şəhid ailələrinə ev tikilməsi üçün verilib.

“Meşələrin, yaşıllıq zolağı məhv edilir, amma baxan yoxdur” deyən şikayətçinin idiası ilə bağlı əməkdaşımız 5 saylı RETSİ – nin rəisindən münasibət öyrənib.

Beləki,  5 saylı RETSİ – nin rəisi Fərid Piriyev əməkdaşımıza bildirib ki, “iddia ilə bağlı işçilərimiz əraziyə gedib, baxış keçirib. Ərazi xüsusi mülkiyyət olduğu müəyyənləşdirilib. Mülkiyyətin sahibləri ilə marifləndirici söhmətlər aparılıb, tövsiyyələr edilib. Xüsusi evlər tiklən zaman ətraf mühütə və yaşıllıqlara ziyan vurulmaması bildirilib..”

Redaksiyadan: Ekologiya.az-ın apardığı araşdırma zamanı məlum oldu ki, sözügedən ərazi meşə fonduna aidiyyatı yoxdu, edilən iddia quru sözdən başqa da bir şey deyil. Vətəndaşlarımızdan xahiş edirik ki, meşə zolağında və yaşıllıq ərazilərdə yarana biləcək problemlərlə bağlı birbaşa Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xətti ilə əlaqə saxlayın!

Paylaş