Rusiyanın Tümen vilayətinin prokurorluğu sahibkarlara zor tətbiq edən və üç milyon rubl tələb edən soyğunçular dəstəsi haqqında cinayət işi üzrə ittiham aktını təsdiqləyib.

Prokurorluq Azərbaycandan olan 25-35 yaşlı 5 nəfərin 2022-ci ilin noyabrında iki iş adamı ilə guya işgüzar görüş təyin etdiyini bildirib. Görüş yeri kimi Yalutorovski rayonundakı kəndlərdən birinin yaxınlığındakı heyvan kəsimi sexi seçilib.

Həminı yerə gələn insanları qorxutmaq üçün əlbir olan şəxslər onlar gəldiyi istiqamətə və ayaqlarının altına bir neçə dəfə atəş açıblar. Prokurorluğun məlumatına görə, daha sonra onlar sahibkarları ayaqlarından asaraq hər birindən bir milyon yarım tələb edərək döyməyə başlayıblar. Həmin şəxslər axşama kimi tələb olunan vəsaiti gətirəcəklərinə söz verdikdən sonra buraxılıblar.

Zərərçəkənlər tibbi yardıma (onlara qabırğa sınığı diaqnozu qoyulub) və polisə müraciət ediblər.
Daxili İşlər Nazirliyinin əməkdaşları hədə-qorxu ilə pul tələb edənləri dərhal yaxalayaraq onlardan 1 tüfəng və 2 tapança götürüblər.
Cinayət işi rayon məhkəməsinə göndərilib. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 163-cü maddəsinin 3-cü hissəsi ilə təqsirləndirilən soyğunçuları 15 ilədək həbs cəzası gözləyir.

Paylaş