Bakıda uşaq bağçası 4 milyon manata satışa çıxarılıb.

Szügedən obyekt Xətai rayonu, “Həzi Aslanov” metrosu və Gənclik Parkı yaxınlığında yerləşir.

Məlumata görə, ümumi sahəsi 1500 kvadratmetr və qarşısında həyətyanı sahəsi olan bağça uzunmüddətli icarədədir və işlək vəziyyətdədir.

İcarə haqqının aylıq 15 000 AZN olduğu deyilən obyekt “Story Time” adlanır.

Əldə etdiyimiz məlumata görə, bağça məhdud məsuliyyətli cəmiyyət kimi 2017-ci ilin oktyabr ayında qeydiyyatdan keçib və qanuni təmsilçisi Sahibə Məmmədzadədir.

“Story Time” haqda televiziya verilişlərindən birində süjet də hazırlanıb.

Ölkə.Az

 

 

Paylaş