Bakı küçələrində divarlara narkotik təbliği üçün müəyyən şüarlar, saytlar yazılır.

Bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

İlk baxışda yazılan şüarlar müəyyən elektron poçt qutusu ünvanı kimi görünsə də, psixoaktiv, narkotik maddələrin adını əks etdirən nişanlar imiş.

Şüarlar Abşeron rayonun Xırdalan şəhərində, Binəqədinin Biləcəri qəsəbəsində, Suraxanı rayonun Qaraçuxur və Yeni Günəşli qəsəbələrindəki divarlarda, fasadlarda yazılıb.

İddia edilir ki, divarlara şüar yazanlara ya pulsuz narkotik vasitə, ya da maaş verirlər.

Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı ərazi polis şöbələri məlumatlandırılıb: “Tədbir görülür”.

Paylaş