Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar üzərində hüquq-mühafizə orqanlarının adı və atributları həkk olunan aksesuarlardan istifadə hallarının geniş vüsət alması ilə bağlı məlumat yayıb.

Məlumatda bu cür aksesuarlardan istifadənin yanlış anlaşıldığı və yolverilməz olduğu bildirilib.

“Təəssüf ki, əksər hallarda belə aksesuarların asıldığı nəqliyyat vasitələri cəmiyyətdə həmin avtomobilin məhz polis və ya digər hüquq-mühafizə orqanlarının əməkdaşlarına məxsus olması haqda yanlış rəy yaradır və təbii ki, belə avtomobillərlə törədilən yol hərəkəti qayda pozuntuları da yanlış anlaşılır.

Baş Dövlət Yol Polisi İdarəsi üzərində “polis”, “DİN”, “DYP” və sair bu qəbildən olan yazılar həkk edilmiş aksesuarlardan istifadənin əhali tərəfindən birmənalı qarşılanmadığını, bəzi sürücülər tərəfindən belə vasitələrdən sui-istifadə hallarının isə yolverilməz olduğunu bildirir”, – açıqlamada qeyd olunub.

 


Paylaş