Son zamanlar mağazalarda sürətli endirim halları müşahidə olunur. Kiçik mağazalar hər şey 10-15 manata kimi endirimlər edirlər. Bildirirlər ki, yeni kolleksiya gələcək, ona görə belə endirim edirlər. Maraqlıdır, mağazalar hansı hallarda bu kimi kəskin endirimləri edirlər? Bu kəskin qiymət endirimi geyim sektorunun gələcəyi haqqında nə deyir?
Bu barədə danışan iqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, sahibkarlar qiymət siyasətini formalaşdıran zaman nəzərə alır ki, bütün məhsulları satmaya bilər. Buna görə də qiymətdə müəyyən qədər rezerv götürürlər:
Ətraflı
Ekspert deyir ki, belə endirimlər onlara çox da mənfi təsir etmir çünki, onlar işlərini planlaşdırırlar: “Rəqabət məsələsi həmişə olub və hər zaman da olacaq. Kiçik sahibkarların qiyməti özlərinin təyin etməsinin tərəfdarıyam. Çünki, burada həm rəqabət, həm də sadaladığımız digər risklər var. Hansısa sahibkarın taleyi, nə qədər pul qazanması deyil, ümumi bazar bizi narahat etməlidir. Alıcıya, istehsalçıya, ixtisasçıya maraqlı odur ki, rəqabətli olsun, qiymətlər ədalətli şəkildə təyin edilsin. Sezon məhsullarının sezonu bitəndən sonra və növbəti sezon üçün məhsulları daha ucuz almaq ehtimalı olan zaman ucuza satırlar ki, əldə nağd pulları olsun. Ona görə mənfəətlərindən imtina edirlər. Bu kimi amillər kəskin endirimlərin səbəbləri ola bilər”.