Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.
Hərracda tələb 105.1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Qeyd edək ki, bu göstərici ötən hərracdan 2.8% azdır. Belə ki, 22 fevralda keçirilən valyuta hərracında banklar 108.1 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.