Azərbaycanda sığorta agentlərindən biri ləğv edilir.
“Kompas-Konsaltinq” MMC ləğv olunur.
Şirkətə sığorta agenti fəaliyyəti üçün verilmiş lisenziya ötən ilin yanvarın 11-də ləğv edilib.
Qeyd edək ki, “Kompas-Konsaltinq” MMC 30.11.2006 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Həsənov Hüseyn Həsən oğludur.
Şirkətin kreditorları iki ay ərzində tələblərini AZ1001 Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 63, mənzil 3 ünvanına bildirə bilərlər.