Gürcüstan vətəndaşı Əmrah Aslanov günlərdir avtomobilini cərimə meydançasından götürə bilməməsindən şikayətçidir.

Çıxılmaz vəziyyətdə qalan avtomobil sahibi son pənah yeri kimi Baku TV-yə üz tutub.

Onun sözlərinə görə, dörd gün əvvəl yol polisi onu saxlayaraq maşınını cərimə meydançasına aparıb:

“Səbəbini soruşanda taksi fəaliyyəti ilə məşğul olmağımı əsas gətirdi. Mən də razılaşdım. Daha sonra maşınımı cərimə meydançasından götürməklə bağlı müraciət edəndə, vermədilər. Üç ildir buradayam. Bu müddətdə qayda-qanun pozmamışam. Dedim ki, cəriməm nədirsə, yazın çıxım gedim. Bildirdilər ki, cərimə yaza bilmərik, rəhbərliyin göstərişi var ki, maşınınız saxlanılsın”.

Ətraflı süjetdə:

Paylaş