Hollandiya mərkəzli avtomobil şirkəti “Stellantis” avtomobil sənayesinin qeyri-müəyyənliklər və artan rəqabət təzyiqləri ilə üzləşməyə davam etməsi ilə bağlı olaraq şirkətin səmərəliliyi artırmaq və xərc strukturunu optimallaşdırmaq qərarı verdiyi açıqlanıb.
Açıqlamada ABŞ-də mühəndislik, texnologiya və proqram təminatı işçi qüvvəsində təxminən 2% azalmanın təsdiqləndiyi və ixtisarların martın 31-dən etibarən qüvvəyə minəcəyi qeyd edilib.
ABŞ mətbuatında dərc olunan xəbərlərdə ixtisarların 400-ə yaxın əməkdaşı olduğu bildirilir.
Qeyd edək ki, “Stellantis” 2021-ci ilin yanvarında Fransa “Groupe PSA” və İtalya-Amerika “Fiat Chrysler Automobiles” şirkətlərinin birləşməsi ilə yaradılıb və “Ferrari”, “Abarth”, “Alfa Romeo”, “Chrysler”, “Dodge”, “Fiat”, “Jeep”, “Lancia”, “Maserati”, “Opel”, “Peugeot” və s. kimi brendlərin sahibidir.