Rusiyanın Tuapse şəhərindəki neftayırma zavoduna PUA hücumu edilib.

Korrupsiya.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, PUA-nın düşdüyü ərazidə yanğın baş verib. Operativ xidmət orqanları hadisə yerində işləyirlər.

Xəsarət alanların olmadığı bildirilir.

Paylaş