Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Rövşən Rüstəmlinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü o, 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: 2023-cü il dekabrın 7-si saat 1 radələrində Ağdaş rayonu ərazisində 1968-ci il təvəllüdlü Araz Hacıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1973-cü il təvəllüdlü Rövşən Rüstəmlinin aralarında yaranmış mübahisə zamanı qonşusu Araz Hacıyevə küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Rövşən Rüstəmli iş üzrə şübhəli şəxs qismində tutulub.