Korrupsiya.az xəbər verir ki, Dənizkənarı Bulvarda “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə Vətən Müharibəsi şəhidlərimizin övladlarının iştirakı ilə bayram tədbiri keçirilib.

Tədbirdə əsasasən, ucqar kəndlərdən, və azərbaycanın digər bölgələrindən olan şəhid əmanətləri iştirak edib.
Tədbirin açılış mərasimində, şəhid övladlarını Bulvar ərazisində milli nağıllarımızın qəhrəmanları qarşılayıb.

Vətən əmanətlərinə, Dənizkənarı parkın tarix yolundan bəhs edilib.

Sonra qəhrəman övladlarını ərazidə gəzdirmək üçün Bulvar idarəsinin təşkil etdiyi gəzinti qatarları gəzdirərək atraksiyonlar istiqamətinə aparıb.

Şəhid övladları əyləncəli atraksionlardan istifadə edərək, bol əyləniblər.

Daha sonra uşaqlar Azneft meydanında yerləşən Azərbaycan Bayrağının qarşısında xatirə şəkili çəkdiriblər.

Tədbirin sonunda uşaqlar “Günaydın” restoranında nahar ediblər.

Paylaş