Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Pərviz Abduallayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 3 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Pərviz Abduallayev Bakıda MMC-lərin birində mal təslimatçısı işləyib. O, 2022-ci il tarixdən 2023-cü il tarixədək olan dövr ərzində həmin MMC-nin ərzaq anbarından yağ məhsullarının yığılmasına nəzarətin olmamasından istifadə edərək götürüb və oradan gizli çıxarıb. Belə ki, Pərviz yağları avtomaşının yük hissəsində gizlədib və şirkətə ümumilikdə 62 490 manat ziyan vuraraq oğurluq edib.
Onun barəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.