Ağdam və Tərtər Rayon Polis şöbələrinin əməkdaşlarının keçirdiyi tədbirlərlə işğaldan azad edilmiş ərazilərə müvafiq icazəsi olmadan keçmək istəyən dörd nəfər saxlanılıb.
Bu barədə Korrupsiya.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, həmin şəxslər barəsində inzibati protokollar tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən, onlar müvafiq qaydada məsuliyyətə cəlb olunublar.