Xəbər verdiyimiz kimi, Xocalı soyqırımı zamanı səkkiz gün erməni girovluğunda qalmış Dürdanə Ağayeva vəfat edib.
Milli.Az xəbər verir ki, Xocalı şahidinin aylar öncə “ARB Xəbər”ə verdiyi müsahibə yenidən gündəmə gəlib.
Müsahibədə Dürdanə Ağayeva Vitali Balasanyanın girov həmyerlilərimizin başına açdığı müsibətlərdən söz açıb:
“Mən qara saçlı qız idim. Görün indi nə günlərə düşmüşəm! Onkoloji xəstəyəm. 8 gün mənə 80 il kimi gəldi. Mən oradan qocalıb çıxdım”.