Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin yaydığı məlumatlara görə, Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. Sülh prosesi ərəfəsində Ermənistan tərəfinin atdığı təxribat xarakterli addımları ciddi müzakirə mövzusudur. 

 

Prosesi dəyərləndirən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Korrupsiya.az-a açıqlamasında deyib ki, Ermənistan tərəfindən atəşkəs vaxtaşırı pozulur.

 

“Bunda hər hansı münaqişəyə və ya əməliyyata doğru gedişat görmürəm”, – o bildirib.

Paylaş