Daha iki itkin-şəhid dəfn ediləcək.

 

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat verib.

 

Alıyev Vaqif Sərdar oğlunun dəfni Gəncə şəhərinin Şəhidlər Xiyabanında, Quliyev Mirzəli Müslət oğlunun dəfni isə Xocavənd rayonunun Qaradağlı kəndində Şəhidlər Xiyabanında baş tutacaq.

 

Dəfn mərasimləri sabah həyata keçiriləcək.

 

Qeyd edək ki, Alıyev Vaqif Sərdar oğlu 1966-cı ildə Gədəbəy rayonunun Qoşabulaq kəndində anadan olub. 29.09.1993-cü ildə Ağdam rayonunun Sırxavənd kəndində itkin düşüb. Meyitinin qalıqları da Ağdam rayonunun Sırxavənd kəndində aşkarlanıb. Hərbçi olub.

 

Quliyev Mirzəli Müslət oğlu 1952-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində doğulub. 17.02.1992-ci ildə Qaradağlı kəndində itkin düşüb. Meyitinin qalıqları Xocavənd və Ağdam rayonlarının inzibati ərazilərinin kəsişdiyi yerdə aşkarlanıb. Mülki şəxs olub.

 

Paylaş