Tehranın İsrailə kütləvi raket zərbəsindən sonra İranın nüvə və neft obyektləri İsrailin cavab zərbələri üçün hədəfə çevrilə bilər.
Korrupsiya.az xəbər verir ki, bu barədə bir sıra məlumatlı mənbələr “The Wall Street Journal”a bildiriblər.
Onların sözlərnə gör, İran sentyabrın 30-da ərəb rəsmilərini məlumatlandırıb ki, İsrailə qarşı aprel hücumu ilə müqayisə oluna biləcək kütləvi hücum planlaşdırır. Bundan dərhal sonra İsrail Tehrana İranın hücumunun gücündən və itkilərin olub-olmamasından asılı olmayaraq, cavab veriləcəyi barədə xəbərdarlıq edib.
Aprel ayında Tehran nüvə obyektlərinə hücumlar da daxil olmaqla, Tel-Əvivin genişmiqyaslı cavabından yayınmağa müvəffəq olub. Həmin zaman İsrail Müdafiə Qüvvələri (İDF) hava bazasına zərbələr endirməklə kifayətlənib. İndi nəşrin Amerika rəsmiləri arasındakı mənbələrinə görə, İsrail ordusunun İranın nüvə proqramının “ürəyinə” – Netenz şəhərindəki uranın zənginləşdirilməsi obyektlərinə hücumu da daxil olmaqla, daha ekstremal senarilər nəzərdən keçirilir.
İran da öz növbəsində xəbərdarlıq edib ki, İsrail nüvə obyektlərinə zərbə endirərsə, Tehran nüvə silahı yaratmağa məcbur olacaq. “Əgər sionist rejim bizim nüvə obyektlərimizə hücum etsə, bizim mühafizə siyasətimiz dəyişəcək”, – Ali Rəhbərin (Ayətullah) müşaviri Kamal Xərrazi deyib.
Xatırladaq ki, oktyabrın 1-i axşam saatlarında İran İsrailə ktləvi raket zərbəsi endirib. İsrail ordusu ölkəyə 180 raket atıldığını, onların “çoxunun” İsrail və ABŞ hava hücumundan müdafiə sistemləri tərəfindən “tutulduğunu” bildirib. Fələstin KİV-i xəbər verir ki, İordan çayının qərb sahilinə raket hücumu nəticəsində bir nəfər qəlpə yarasından həlak olub. Magen David Adom tibb xidmətinin “The Times of Israel” qəzetinə verdiyi məlumata görə, Tel-Əvivdə daha iki nəfər qəlpədən yüngül xəsarət alıb.
Paylaş