Xarici ölkələrə viza düzəltmək adı ilə vətəndaşlara qarşı çoxsaylı dələduzluq əməlləri törətməkdə təqsirləndirilən Rüfət Piriyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Anar Sadıqovun icraatına verilib.

İş üzrə 42 zərərçəkmiş var.

“Abroad” MMC-nin rəhbəri və “Greencard Azerbaijan” şirkətinin direktoru kimi tanınan Rüfət Piriyev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Onun ABŞ və Kanadaya köçmək, orada şirkətlərin qurulması və digər vədlərlə onlardan pul aldığını, lakin vədinə əməl etmədiyini, pulları da geri qaytarmadığını bildiriblər.

Qeyd: Rüfət Piriyev bu il yanvarın əvvəlində polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş